Ötən il bölgələrə səfər zamanı icra hakimiyyətləri nümayəndələri ilə görüşlər keçirdik. Bir irs yaratmağa çalışdıq.
×
Ötən il bölgələrə səfər zamanı icra hakimiyyətləri nümayəndələri ilə görüşlər keçirdik. Bir irs yaratmağa çalışdıq. Uşaqlarla görüşdük, onlara hədiyyələr verdik. Bəzi bölgələrdə yeni meydançalar inşa olundu və ya olanları bərpa edildi.
AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov fevralın 2-də təşkil olunan hesabat konfransında deyib.
"Şamaxıda beynəlxalq standarta uyğun futbol stadionumuz mövcuddur. Oradakı mini-futbol meydançalarında uşaq bölmələri və yerli əhali üçün iş yerləri açıldı. Region Liqasında maraqlı oyunlara şahidlik edirik. Heç kimin xətrinə dəymək istəmirəm. Region Liqasının bəzi oyunlarında tamaşaçı sayı Premyer Liqadakından çoxdur".