Təhsilin İnkişafı Fondu təhsilin bütün pillələri üzrə fəaliyyət göstərəcək. Fondun fəaliyyəti peşə təhsilini əhatə etmir.
×
Təhsilin İnkişafı Fondu təhsilin bütün pillələri üzrə fəaliyyət göstərəcək. Fondun fəaliyyəti peşə təhsilini əhatə etmir.
AZƏRTAC xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda təlim-seminarda elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov söyləyib.
Qeyd olunub ki, Təhsilin İnkişafı Fondu Prezident İlham Əliyevin 2021-ci il 14 iyul tarixli Fərmanına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
Xatırladaq ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb.
Prezidentin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 1 mart tarixli 68 nömrəli Qərarına əsasən “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb