Əvvəllər bağça tərbiyəçilərinin işə qəbulunda vahid standart tətbiq edilmirdi. Hazırda vahid mərkəzləşdirilmiş müsahibə sistemi formalaşdırılıb.
×
Əvvəllər bağça tərbiyəçilərinin işə qəbulunda vahid standart tətbiq edilmirdi. Hazırda vahid mərkəzləşdirilmiş müsahibə sistemi formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda təlim seminarda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev söyləyib. O xatırladıb ki, avqustun 29-da 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsinə 5508 namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.
Şöbə müdiri deyib ki, gələcəkdə bağça müdirlərinin də işə qəbulu rəqabət əsasında formalaşdırılacaq