Günümüzün reallıqlarından biri də hibrid müharibədir. Burada yalnız informasiya müharibəsi deyil, milli dövlətlər hədəfə çevrilir.
×
Günümüzün reallıqlarından biri də hibrid müharibədir. Burada yalnız informasiya müharibəsi deyil, milli dövlətlər hədəfə çevrilir.
AZƏRTAC xəbər verir ki, bunu UNEC Tədqiqat Fondunun media və dövlət strukturları ilə iş üzrə departament rəhbəri Ellada Əliyeva fevralın 14-də keçirilən “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” adlı kitabın təqdimat mərasimində söyləyib.
E.Əliyeva diqqətə çatdırıb ki, hibrid müharibədə hədəf auditoriyalarından və hibrid həmlələrinin obyekti seçilən altqruplardan istifadə olunur.
Beyin mərkəzlərinin fəaliyyətinin daha da artırılmasının vacibliyini vurğulayan natiq qeyd edib ki, kommunikasiya şəbəkəsinin yaradılması çox vacibdir.