Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Əl Cəzirə Media Şəbəkəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ərəbdilli jurnalistlər üçün təlimlərə başlayıblar

ID:

31.08.2022 13:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Avqustun 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Əl Cəzirə Media Şəbəkəsi ilə birgə təlimlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimlərin açılış mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səbinə Seyidova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, BAMF-in himayəçilik şurasının üzvü Rəşad Məcid, Əməkdar jurnalist Qulu Məhərrəmli və Rey Kərimoğlu, BAMF-in Proqram departamentinin rəhbəri Xudaverdi Quliyev iştirak ediblər.