Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası aprelin 16-da Xocasən qəsəbəsində keçirilib.
×

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında nazirliyin əməkdaşları ilə yanaşı könüllülər də iştirak edir.
““Yaşıl Marafon” çərçivəsində aksiyalarımız davam edir. Həm meşə fondu torpaqlarında, həm də eyni zamanda Müşfiqabad, Xocasən ərazilərində ağacəkmə aksiyalarında ekokönüllü olaraq davamlı olaraq iştirak edirəm. Çox məmnunam ki, ölkəmizin ekologiyasının qorunmasında, ərazilərimizin yaşıllaşdırılmasında mən də iştirak edirəm”.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllü komandasının üzvü Gülsüm Əliyeva deyib.