Jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur.
AZƏRTAC xəbər verir ki, bunu MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
×

İcraçı direktor bildirib ki, qanun layihəsinin hazırlanması istiqamətində işlər artıq yekunlaşıb.
Ə.İsmayılov, həmçinin normativ-hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi haqqında da danışıb, onun inkişafı istiqamətində planlar hazırlandığını vurğulayıb. Əlavə edib ki, media subyektlərinin iqtisadi müstəqilliyin gücləndirilməsi də gündəmdə olan məsələlərdən biridir. “Bu istiqamətdə 100-dən çox media subyektindən təklif almışıq. Həmçinin iqtisadiyyat naziri ilə müzakirələr də aparılıb”, - deyən İcraçı direktor bildirib ki, Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur.
O diqqətə çatdırıb ki, MEDİA dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar-təlimlər təşkil edib, media savadlılığının artırılması, yeni nəsil jurnalist kadrlarının hazırlanması məqsədilə “New Media” proqramı və fərdi jurnalist müsabiqələri keçirib, o cümlədən sahəvi jurnalistikanın inkişafı istiqamətində müvafiq işlər görüb.