Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli müvafiq Fərmanına əsasən media sahəsində islahatların dərinləşdirilməsinə start verilib.
×
Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli müvafiq Fərmanına əsasən media sahəsində islahatların dərinləşdirilməsinə start verilib. Həmin islahatlar üç istiqamətdən ibarətdir. Birincisi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ikincisi, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması, üçüncüsü isə media peşəkarlığının artırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Əhməd İsmayılov bildirib ki, gənc jurnalistlər üçün keçirilən bu seminar media peşəkarlığının artırılması məqsədilə Media İnkişaf Agentliyinin və ADA Universitetinin birgə layihəsi çərçivəsində təşkil olunub.
İcraçı direktor vurğulayıb ki, bundan sonra da Azərbaycanda yeni media mütəxəssislərinin hazırlanmasının təmin edilməsi məqsədilə mütəmadi tədbirlərin keçirilməsi nəzərdə tutulur. “Medianın İnkişafı Agentliyinin Nizamnaməsinə uyğun olaraq, gənc jurnalistlərin peşəkarlığının artırılması üçün həm Jurnalistika fakültəsinin tələbələri, həm də ümumiyyətlə, mediaya yeni gələn və ya gəlmək istəyən gənclər üçün belə tədbirlərin, seminarların keçirilməsini təmin edəcəyik”, - deyə Ə.İsmayılov qeyd edib.