Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

ID:

27.02.2026 14:10 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC

Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.