“8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə daxil olmuş şikayətlərin araşdırılması üçün 2021-ci il 5 noyabr tarixli əmrlə monitorinq qrupu yaradılıb.
×
“8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə daxil olmuş şikayətlərin araşdırılması üçün 2021-ci il 5 noyabr tarixli əmrlə monitorinq qrupu yaradılıb. Ötən müddətdə 15 belə şikayət daxil olub. Onlardan 14-ü araşdırılıb və 19 məhkum barəsində Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib.
AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova martın 11-də nazirlikdə keçirilən mətbuat konfransında deyib.
Aynur Sabitova vurğulayıb ki, onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib. Həmçinin 1-i prokurorluğun “Qaynar xətt”indən, 6-sı Katiblikdən daxil olub, 2-si isə monitorinq qrupuna məlumat verilməklə Penitensiar Xidmət tərəfindən məruzə edilib. Şikayətlərdən 2-si probasiya, digərləri isə Penitensiar Xidmətlə əlaqədar olub.
İdarə rəisi diqqətə çatdırıb ki, araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyənləşdirilib.