2021-ci ildə uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə ötən il təxminən 3,5 milyon çox vəsait daxil olub.
×

AZƏRTAC xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin aprelin 5-də keçirilən iclasında deyib.
V. Zahirov diqqətə çatdırıb ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım 2,5 milyon manat təşkil edib.
Nazir müavini qeyd edib ki, bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi halları 4 dəfə artıb. Sosial mediada fəallığın artırılması məqsədilə 57 rayon üzrə bələdiyyə sədrlərinin əlaqələndirmə şuralarının feysbuk səhifəsi yaradılıb.
Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə 256 maarifləndirici tədbir təşkil edilib.