Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordsu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki əhalisini ağır artilleriya və raket sistemlərindən atəşə tutmaqda davam edir.
×
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordsu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki əhalisini ağır artilleriya və raket sistemlərindən atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, erməni faşistləri cəbhənin Füzuli-Cəbrayıl istiqamətində dinc əhalinin yaşadığı əraziyə “Toçka-U” raketi atıblar. Xoşbəxtlikdən raket partlamayıb.
Raketin partlamayan hissəsi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən aşkarlanaraq təhlükəsizlik qaydalarına uyğun şəkildə muhafizə zolağına alınıb.
ANAMA-nın əməkdaşı Azər Hüseynov bildirib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalinin sıx yaşadığı məntəqələri, şəhər və kəndləri ağır artileriya və raket atəşinə tutur. Bununla əlaqədar Agentliyin müvafiq qüvvələri düşmənin atəşinə məruz qalan yaşayış məntəqələrinə cəlb olunub. Hazırda ərazilərdə 25 qrup çalışır. Düşmənin atdığı mərmilərin partlamayanlarının və zərərli hissələrinin aşkarlanaraq zərərsizləşdirilməsi üçün lazımı tədbirlər görülür. İndiyədək ANAMA-ya 400 çağırış daxil olub və 70-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu gün də düşmən tərəfi dinc əhalini atəşə tutmaqda davam edir. Araşdırmalar zamanı ərazidə “Toçka-U” raketi (9M79M) aşkarlanıb. Olduqca təhlükəli silah hesab edilən bu raket kimyəvi başlıqlar, həmçinin kaset bombalar və digər başlıqlar daşımaqla ümumi çəkisi 2010 kiloqrama bərabərdir. Düşmənin belə təhlükəli raketi dinc əhalinin yaşadığı ərazilərə atması işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin cinayətkar xislətinin əyani təsdiqidir.