Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dünyaşöhrətli alim Məsud Əfəndiyevin yubileyinə həsr edilən konfrans keçirilib

ID:

23.10.2023 16:25 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Azər İbrahimov

Oktyabrın 23-də Elm və Təhsil Nazirliyinin, Diasporla İş Üzrə Dövlət Komitəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Əməkdar elm xadimi, Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyevin 70 illik yubileyi münasibətilə “Biologiya, ekologiya, fizika və mexanikada qeyri-xətti təzahür” mövzusunda beynəlxalq konfrans keçirilib.