Son beş il ərzində Azərbaycanda aşkar olunan antidopinq qayda pozuntularının 43 faizi steroid, 13 faizi isə narkotik vasitələrlə olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli mətbuat konfransında bildirib.
×

Ş.Hüseynli bildirib ki, AMADA bu il antidopinq və antinarkotiklə mübarizə istiqamətində 60 maarifləndirmə seminarı təşkil edib: Beynəlxalq Antidopinq Agentliyi tərəfindən aşkar edilən qayda pozuntularının isə 64 faizi steroid və narkotiklərin istifadəsi ilə bağlıdır. Antidopinq qayda pozuntularının 44 faizi steroid, 19 faizi narkotiklərlə bağlıdır. Ölkəmizdə də bu problem aktualdır. Aparılan beynəlxalq araşdırmalarla əldə edilən rəqəmlər göstərir ki, dünyada steroidlərdən istifadə edənlərin 25 faizi gələcəkdə narkotik maddə istifadəçisinə çevrilir"