Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışının növbəti mərhələsinə vəsiqə qazanan üç idmançı müəyyənləşib.
×
Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışının növbəti mərhələsinə vəsiqə qazanan üç idmançı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, kişilər arasında təsnifat yarışında üç qrupdakı çıxışların nəticəsinə görə, Belarus təmsilçiləri beşqat dünya və Avropa çempionu Oleq Ryabtsov, “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç və portuqaliya gimnastı Pedro Ferreira növbəti mərhələ adlayıblar. Hər üç idmançı öz qrupunda birini olub.
İki gün davam edəcək yarışda 14 ölkədən 63 idmançı iştirak edir.
Dünya kuboku yarışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.
Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.