Meksikada keçirilmiş parataekvondo üzrə Qran-pri turnirində və milli komandalar arasında dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.
×
Meksikada keçirilmiş parataekvondo üzrə Qran-pri turnirində və milli komandalar arasında dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qran-pri turnirində iki qızıl, bir bürünc medal qazanan yığma dünya çempionatında bir qızıl və bir bürünc mükafata sahib çıxıb. İmaməddin Xəlilovun (70 kiloqram, K-44) çempion olduğu mundialda Əbülfəz Abuzərli (80 kiloqram, K-44) bürünc medala, Azərbaycan millisi isə komanda hesabında üçüncü yerə layiq görülüb.