Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar

ID:

12.12.2020 13:40 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Dekabrın 12-si xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, Vətən müharibəsinin qaziləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.