İyulun 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.
×
İyulun 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında məlumat verib. Vəfadar Misirov ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələri nümayəndələrinin birbaşa görüş fürsətinin əhəmiyyətini vurğulayıb
Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Təhsil Tələbə Krediti Fondu, “Abituriyent” jurnalı redaksiyası və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.
Avqustun 2-dək davam edəcək sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.