Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələri ilə rəsmi əməkdaşlığa başlayıb YENİLƏNİB

ID:

22.06.2022 14:30 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Tofiq Babayev

İyunun 22-də Dövlət İmtahan Mərkəzi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU), Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə anlaşma memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıb.