Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziyaların dilində xarakterik nöqsanları açıqlayıb

ID:

02.03.2022 12:25 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlqar Cəfərov

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Televiziyaların dili monitorinq aynasında” adlı kitabında bəzi aparıcıların televiziyaya “fərdi” üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar vurğulanıb.