Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

DOST mərkəzlərində avqust ayı ərzində 26 mindən çox vətəndaşa xidmət göstərilib

ID:

04.09.2020 10:35 / CƏMİYYƏT

DOST mərkəzlərində avqust ayı ərzində 26 min 154 vətəndaşa xidmət göstərilib.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 19 min 232-si sosial müdafiə, 4 min 636-sı müavinət, 1759-u sosial xidmət, 1254-ü əlillik və 977-si isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi ilə bağlı olub.