Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

ID:

05.07.2024 16:40 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Nicat Əlili

İyulun 5-də “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb.

AZƏRTAC xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərhələdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, elm və təhsil naziri Emin Əmrullayev gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.