Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dirijor çubuğunun sehri ilə ürəklərə yol tapan musiqi dünyası...

ID:

09.12.2022 20:55 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Bakı, 9 dekabr, Emil Məlikov, AZƏRTAC

Tanınmış bəstəkar Zülfüqar Hacıbəyovun oğlu Niyazi uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, görkəmli yazıçılar arasında böyüyüb boya-başa çatıb.