DİN: Valideynlərinə qarşı kobud davranışa yol verən və nalayiq ifadələr işlədən polis əməkdaşı işdən çıxarılıb
ID:
01.09.2020 10:55 / CƏMİYYƏT
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.