Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

DİN: Aşura günündə məscidlərdə, ziyarətgahlarda,digər ibadət yerlərində və evlərdə toplaşmaq yolverilməzdir

ID:

14.08.2020 17:20 / CƏMİYYƏT

Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı ilə əlaqədar əhaliyə müraciət edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqustun 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.