Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

DİM tərəfindən keçirilən buraxılış imtahanlarında hər hansı mənfi hal və virusa yoluxma faktı qeydə alınmayıb

ID:

20.07.2020 20:45 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Tofiq Babayev

Dövlət İmtahan Mərkəzi tərəfindən indiyə kimi keçirilən imtahanlarda hər hansı mənfi hal qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bunu iyulun 20-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib.