Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

DİM rəhbəri: Təəssüf ki, ixtisas seçimini abituriyentlərin əvəzinə ya valideyn, ya da müəllimləri edir

ID:

17.03.2023 13:00 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Arif Quluzadə

Ölkəmizdə ixtisas seçimi demokratik şəkildə aparılır. Hər bir abituriyent 15 ixtisas seçə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun ötən illərlə müqayisəli statistikası və buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.