Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

"Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

ID:

16.12.2021 11:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Dekabrın 16-da Diasporla İş üzrə Dövlət Komitəsinin "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.