Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi – beynəlxalq elmi konfrans

ID:

23.05.2024 10:25 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Mayın 23-də Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) işə başlayıb.