Aprelin 11-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı Gənclərin Birinci Forumu” işə başlayıb.
×
Aprelin 11-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı Gənclərin Birinci Forumu” işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Forum Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərə həsr olunub.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisinin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov, ali təhsil müəssisələrinin rektorları, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Hərəkatın katibliyi və 200-dən çox gənc iştirak edirlər.