Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Daha iki taekvondoçumuz dünya çempionatında mübarizəyə başlayır

ID:

30.05.2023 10:05 / İDMAN

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, çempionatda 58 kiloqram çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.