Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Daha 62 nəfər müharibə əlilinin müasir 4-cü nəsil protezlə təminatına başlanılıb

ID:

30.12.2021 11:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 44 günlük Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar yaralanaraq əlilliyi müəyyən olunmuş 62 nəfər şəxsin də yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlayıb.