Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Çingiz Hüseynzadə idman filmləri ilə bağlı festivalın iki ildən bir keçirilməsinin səbəbini açıqlayıb

ID:

10.01.2024 13:10 / İDMAN

Foto : AZƏRTAC /Səfiyar Məcnun

"Birinci festivalın uğurlu alınması bu işi davam etdirməyimizə şərait yaratdı".

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"na həsr olunmuş mətbuat konfransından sonra jurnalistlərə açıqlamasında deyib.