Bu gün atletika üzrə Azərbaycan çempionatının yenidən keçirilməsi çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.
×

Federasiya rəhbəri ötən il çempionatın pandemiya səbəbindən keçirilmədiyini söyləyib: “Yarışa Azərbaycanın müxtəlif bölgələrindən - Gəncə, Bərdə, Xaçmaz və Qusardan atletlər qatılıblar. Ümidvaram, bu çempionatda yeni idmançılar üzə çıxacaqlar. Pandemiya davam etsə də, atletlər yarışa hazırlıq imkanı əldə ediblər. Manej açıqdır və idmançılar intensiv məşq edirlər”.
Ç.Hüseynzadə 2024-cü il Paris Yay Olimpiya Oyunlarına az vaxt qaldığını xatırladaraq deyib: “İki il ərzində güclü işləməliyik ki, Olimpiadaya lisenziyalar qazana bilək. Atletikada lisenziyalar nəticələrə və normativlərə görə müəyyənləşir. Ümid edirəm ki, idmançılarımız Olimpiadaya qatılmaq üçün bu gündən mübarizə aparacaqlar”.