AZƏRTAC işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindən çəkilmiş ilk fotoları təqdim edir.
Azərbaycan əsgəri oktyabrın 4-də Cəbrayıl şəhərini, rayonunun bir neçə yaşayış məntəqəsini, o cümlədən Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərini işğalçılardan təmizləyib.
×
AZƏRTAC işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindən çəkilmiş ilk fotoları təqdim edir.
Azərbaycan əsgəri oktyabrın 4-də Cəbrayıl şəhərini, rayonunun bir neçə yaşayış məntəqəsini, o cümlədən Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərini işğalçılardan təmizləyib. Ondan bir gün əvvəl - oktyabrın 3-də isə Tərtər rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi azad olunub. İndi bu kəndlərdə Azərbaycan bayrağı dalğalanır. Qarabağ Azərbaycandır!
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.