Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Buxara karvansarası - sənət mərkəzinə çevrilən tarixi abidə

ID:

30.04.2026 12:05 / MƏDƏNİYYƏT

Foto - Tofiq Babayev

Buxara karvansarası İçərişəhərdə yerləşən XV əsrə aid ölkə əhəmiyyətli abidədir. Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub.