Bu ilin doqquz ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi”nə müxtəlif məzmunlu 31,639 müraciət daxil olub.
×
Bu ilin doqquz ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi”nə müxtəlif məzmunlu 31,639 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli agentliyin ilin ilk doqquz ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.
Məlumat xarakterli daxil olmuş 1,944 müraciətdən 1,602-si koronavirus xəstəliyi, 301-si qida zəhərlənməsi, 32-si brusellyoz xəstəliyi, 3-ü qarayara xəstəliyi, 7-si isə vərəm xəstəliyi barəsində olub.
Hesabat dövründə agentliyin “1003 – Çağrı Mərkəzi”nə qida zəhərlənmələri ilə bağlı 301 müraciət daxil olub. Agentliyin əməkdaşları tərəfindən operativ qaydada aparılan araşdırmalar nəticəsində 106 qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb, 190 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyənləşdirilib. Zərərçəkənlərdən 1-i vəfat edib.
Bu ilin ilk doqquz ayı ərzində AQTA-ya istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 1260 şikayət daxil olub.
Daxil olan şikayətlərin araşdırılması nəticəsində 364 şikayət öz təsdiqini tapıb.