Şəki rayonunun təsərrüfatlarında üzüm yığımına başlanılıb. Hələlik bağlardan əsasən süfrə üzüm sortları tədarük olunur.
×
Şəki rayonunun təsərrüfatlarında üzüm yığımına başlanılıb. Hələlik bağlardan əsasən süfrə üzüm sortları tədarük olunur. Tezliklə texniki sortların da yığımına başlanılacaq. Məhsul istehsalçıları ilk günlər bağlardan 220 tonadək üzüm yığıblar. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara göndərilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda 307 hektar barverən üzüm bağı var. Builki mövsümdə Şəkinin üzüm bağlarından 4,2 min tondan çox məhsul yığılması proqnozlaşdırılır. Ötən il rayonda 4197 ton üzüm istehsal olunub.