Yay mövsümündə havaların istiləşməsi ilə ilanlar da aktivləşməyə başlayır və ilansancma hallarının artması müşahidə edilir.
×
Yay mövsümündə havaların istiləşməsi ilə ilanlar da aktivləşməyə başlayır və ilansancma hallarının artması müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib: “Aprel ayından başlayaraq təcili tibbi yardım briqadaları vasitəsilə şöbəyə 36 zərərçəkən, o cümlədən 8 uşaq gətirilib. Onların hamısına zərdab vurulub və həkim müalicəsi göstərilərək evə buraxılıb”.
İlan sancan nahiyədə göyərmə, iltihab, sancmadan sonra isə xəstədə qarın ağrısı, qusma, güclü susuzluq hissi, ürək ritminin pozulması kimi əlamətlər müşahidə olunur. Baş həkim həmin hallarda hansı addımlar atmaq barədə də məsləhətlər verib: “Hadisə baş verəndən sonra zərərçəkən nahiyəni hərəkətsiz vəziyyətdə saxlamaq, ilan sancan yerə buz qoymaq və çox sıxmamaq şərti ilə həmin nahiyənin bir neçə santimetr aşağı və yuxarısından rezin materialla bağlamaq lazımdır. Sonra xəstə zərdab vurulması və somatik müalicə göstərilməsi üçün mümkün qədər tez tibb müəssisəsinə çatdırılmalıdır”.