İyunun 25-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
×

Daha sonra Aİİ-nin tələbəsi Turqut Alışov tərəfindən “Quran tilavəti” təqdim edilib.
Tədbirdə çıxış edən Aİİ –nin rektoru dosent Aqil Şirinov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İnstitutun artıq beş ildir fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qeyd edib ki, ali təhsil müəssisəsi ikinci dəfə məzunlarını yola salır.
İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirən rektor vurğulayıb ki, əsas məqsədimiz yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, Vətənini sevən mütəxəssislər hazırlamadır. Tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.
Çıxış edənlər məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun məzunları Tələbə Andını səsləndiriblər.
Qeyd edək ki, bu il İlahiyyat İnstitutundan 50 tələbə məzun olur.