Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bu gün Şuşada iki mülki şəxsin ölümü ilə nəticələnən hadisə ermənilərin mina terrorunun nəticəsidir

ID:

09.12.2021 16:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Dekabrın 9-da Şuşa rayonunda iki mülki şəxsin həlak olması ilə nəticələnən hadisə ermənilərin mina terrorunun nəticəsidir. Mina bilərəkdən altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalma ehtimalı olmasın.