Braziliya təmsilçisi Julia Soares Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.
×
Braziliya təmsilçisi Julia Soares Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, braziliyalı gimnastın sərbəst hərəkətlərdə final çıxışı hakimlər tərəfindən 13,433 xalla qiymətləndirilib.
Macarıstanlı Dorina Boeczoego 13,166 xalla turniri ikinci, özbəkistanlı Dildora Aripova isə 12,866 xalla üçüncü pillədə başa vurublar.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Nikita Simonov dünya kubokunda halqalarla yarışda bürünc medal qazanıb.