Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatında gənclər arasında qrup hərəkətləri komandalarının beş iplə proqramında qaliblər bəlli olub.
×
Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatında gənclər arasında qrup hərəkətləri komandalarının beş iplə proqramında qaliblər bəlli olub.
AZƏRTAC xəbər verir ki, Bolqarıstan komandası 30,500 xalla qızıl medala sahib olub. İsrail gimnastları 30,400 xalla gümüş, İtaliya kollektivi isə 29,550 xalla bürünc mükafat qazanıblar.
Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız 28,500 xalla çempionatı dördüncü pillədə başa vurub.
Xatırladaq ki, komandamız daha əvvəl çoxnövçülük proqramında bürünc medala yiyələnib.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.