Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bir qrup Vətən müharibəsi qazisi və veteranı istirahət üçün Xaçmaz rayonuna yola düşüb

ID:

22.06.2022 10:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş 44 nəfər qazi və veteran iyunun 22-də paytaxtdan Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Orman” ailəvi istirahət mərkəzinə yola salınıb.