Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bilgəh qəsəbəsində sahilyanı ərazidə 1 ədəd top mərmisi tapılıb

ID:

25.06.2020 04:55 / CƏMİYYƏT

Foto Azertac

İyunun 24-də saat 19:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 20:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində sahilyanı ərazidə 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.