Biləsuvarın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 33 min 298 hektar sahədə taxıl əkilib ki, bunun da 17 min 995 hektarı arpa, 15 min 303 hektarını isə buğda sahəsi təşkil edib.
×
Biləsuvarın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 33 min 298 hektar sahədə taxıl əkilib ki, bunun da 17 min 995 hektarı arpa, 15 min 303 hektarını isə buğda sahəsi təşkil edib. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 81 min 826 ton məhsul toplayıblar. Yığılmış məhsulun 40 min 34 tonu buğda, 41 min 792 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan 24.6 sentner məhsul yığılıb. Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Qeyd edək ki, ötən il biləsuvarlı taxılçılar 30 min 193 hektar sahədə taxıl becərib və 94 min 222 ton məhsul yığıblar.