Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd edilib

ID:

18.09.2025 23:40 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Səfiyar Məcnun

Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə açıb.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi Sahib Paşazadə hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib, bunun təkcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramı olduğunu qeyd edib.