Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Beynəlxalq Muğam Mərkəzində “Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim olunub

ID:

16.04.2022 20:10 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, BMM-nin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, ictimai xadimlər iştirak ediblər.