Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Beynəlxalq İtkinlər Günü: Azərbaycanda aparılan axtarış prosesinin mərkəzində humanizm prinsipləri dayanır

ID:

30.08.2022 10:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC /ILKIN CAVANSIROV

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə Beynəlxalq İtkinlər Günü münasibətilə təşkil edilmiş tədbirə ev sahibliyi edib.