Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Beyləqanda “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində bir nəfər ölüb

ID:

24.06.2020 14:00 / CƏMİYYƏT

Foto Azertac

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.